Cümə, 10 İyul, 2026
Tarix: 10 Jul 2026 11:15
Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi üçün rüsum müəyyənləşir.
APA xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi üçün 20 manat dövlət rüsumu alınacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Firuzə Vahid Avtonom nəqliyyat vasitəsi operator şəhadətnamə rüsum
Mənbə: apa.az