Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb  - YENİLƏNİB-1

Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB-1

Tarix: 11 Jul 2026 12:03

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ucar rayonun Rəstəcə kəndində suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində batmış 2010-cu il təvəllüdlü Əlisafa Hacıyevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

11.26

Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar şəhər sakini 2010-cu il təvəllüdlü Ə.Hacıyevin meyiti FHN-nin xilasediciləri tərəfindən sudan çıxarıllb.

***

09.19

Ucarda yeniyetmə kanalda batıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar şəhər sakini, 2010-cu il təvəllüdlü Ə.Hacıyevin rayonun Rəstəcə kəndindən keçən su kanalında batdığı ehtimal olunur.

Gecə saatlarından etibarən kanalda axtarışlar aparılır.

Zahid Abışov Ucar kanal

Mənbə: apa.az

Xəbər Lenti