Zaqatalada yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Zaqatalada yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Tarix: 12 Jul 2026 00:22

Zaqatalada yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın şimal-qərb bürosu xəbər verir ki, xəsarət alanlardan biri azyaşlıdır.

Belə ki, hadisə zamanı rayonun Muxax kənd sakinləri — 59 yaşlı Cahan Süleymanova və onun 4 yaşlı nəvəsi Miranda xəsarət alıblar.

**** 22:50 Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.

APA-nın şimal-qərb bürosu xəbər verir ki, qəza saat 22:00 radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə zamanı üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda xəsarət alan şəxslərin müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmaya başlanılıb.

Vüqar Heydərov Zaqatala yol qəzası xəsarət

Mənbə: apa.az

Xəbər Lenti