Bazar, 12 İyul, 2026
Tarix: 12 Jul 2026 19:30
Bu gün saat 18 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
19:15
Gəncədə kütləvi zəhərlənmə olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yas mərasimində baş verib.
Belə ki, yas yerində 7 nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə zəhərlənənlərin arasında azyaşlılarda var. Hadisə ilə bağlı araşdırma aparılır.
Fuad NazimoğluMənbə: apa.az