Bazar, 12 İyul, 2026
Tarix: 12 Jul 2026 21:24
Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu ərazisində tullantıların yanması ilə bağlı məlumat daxil olub.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası hadisə yerinə cəlb edilib.
Hazırda tullantı sahəsində baş verən yanğının söndürülməsi, eləcə də ərazidə təhlükəsizliyin təmin olunması istiqamətində operativ tədbirlər davam etdirilir.
Fərid Yusifov yanğınMənbə: apa.az