Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 08:53
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 4,1% artaraq 1 barelə görə 79,13 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 4,15% artaraq 74,37 ABŞ dollarına bərabər olub.
Emil İsmayılov neftin qiyməti Brent WTI
Mənbə: apa.az