Bu il narkotiklə bağlı 2848 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 30-u xarici vətəndaşdır

Bu il narkotiklə bağlı 2848 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 30-u xarici vətəndaşdır

Tarix: 13 Jul 2026 15:17

Bu ilin ilk 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir.

Məlumatda qeyd edilib ki, onlardan 2766-si kişi, 82-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 30 xarici ölkə vətəndaşından ümumilikdə 331 kq 615,242 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.

Selcan Zaurqızı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkotik cinayət

Mənbə: apa.az

Xəbər Lenti