Oğuzda 28 yaşlı kişinin meyiti tapılıb

Oğuzda 28 yaşlı kişinin meyiti tapılıb

Tarix: 13 Jul 2026 14:58

Oğuzda 28 yaşlı kişinin meyiti yaşadığı ünvanda tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Ərmənət kəndində baş verib.

Kənd sakini 28 yaşlı Coşqun Babayevin meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar olunub. Onun ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Vüqar Heydərov

Mənbə: apa.az

Xəbər Lenti