Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 17:23
Bu ilin iyun ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 456 min barel səviyyəsində olub.
"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, may ayında qeyd olunan göstərici 456 min barel səviyyəsində olub.
Məlumata əsasən, ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 454 min barel, ikinci rübündə isə 457 min barel təşkil edib. Beləliklə, ilin ikinci rübündə qeyd olunan göstəri 3 min barel artıb.
Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.
Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür.
Əlavə edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Emil İsmayılov OPEC OPEC+ Azərbaycan neft hasilatıMənbə: apa.az