Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 06:56
Şəkidə açıq ərazidə yanğın baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.
Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov Şəki yanğın taxıl sahəsi
Mənbə: apa.az