Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 09:36
Qubada 11 yaşlı uşaq kanalda boğulub.
APA-nın məlumatına görə, hadisə rayonun Qəçrəş kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, 11 yaşlı X.Məmmədov qardaşı ilə birlikdə Qudyalçaya çimməyə gedib. Bildirilib ki, bir müddət sonra sahildə arılar uşaqlara hücum edib.
Bu zaman X.Məmmədov su kanalına düşüb və orada boğulub.
Məlumata görə, 11 yaşlı uşağın meyiti hadisə yerindən təxminən 5 kilometr aşağıda, “Asma körpü” adlanan ərazidə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xanım MəmmədovaMənbə: apa.az