FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub - VİDEO

FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub - VİDEO

Tarix: 14 Jul 2026 14:33

İulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, axtarışlar FHN-in Aviasiya dəstəsinin, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Selcan Zaurqızı FHN axtarış dəniz Xəzər Şüvəlan

Mənbə: apa.az

Xəbər Lenti