Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb

Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb

Tarix: 14 Jul 2026 14:08

Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K. Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Ağdərə yol qəzası

Mənbə: apa.az

Xəbər Lenti