İranda partlayışlar baş verir, ölənlər var - YENİLƏNİB-1

İranda partlayışlar baş verir, ölənlər var - YENİLƏNİB-1

Tarix: 14 Jul 2026 15:11

ABŞ-ın İranda Bəndər-Abbas şəhəri və Hormozqan bölgəsində yerləşən Hacıabad rayonlarına hücumlarında 3 nəfər ölüb.

Bu barədə “Tasnim” xəbər verib.

Bundan başqa Mahşəhr və Abadanda da partlayışların baş verdiyi bildirilib.

***

14:02

İranın Buşehr və Çoğadək şəhərlərində partlayış səsləri eşidilib.

Bu barədə “Tasnim” xəbər verir.

Partlayışların dəqiq məkanı və səbəbi barədə məlumat verilməyib.

***

13:37

Bəndər-Abbasda partlayış səsləri eşidilib.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, bir neçə dəqiqə əvvəl Bəndər-Abbas şəhərinin qərb hissəsində beş partlayış səsi eşidilib.

Təfərrüatlar barədə hələlik məlumat verilməyib.

Toğrul Quluzadə İran Bəndər-Abbas partlayış

Mənbə: apa.az

Xəbər Lenti