Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

Tarix: 14 Jul 2026 16:24

Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib.

"RBK-Ukraine" xəbər verir ki, bununla da hökumət tam tərkibdə istefaya göndərilib.

Qərar parlamentin iclasında səsvermə yolu ilə qəbul olunub.

Yuliya Sviridenkonun istefasının lehinə 258 deputat səs verib, 1 deputat əleyhinə çıxıb. 5 deputat bitərəf qalıb, 47 deputat isə səsvermədə iştirak etməyib.

Yeni Baş nazir təyin olunana və Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılana qədər hökumətə müvəqqəti olaraq Baş nazirin müavini Denis Şmıqal rəhbərlik edəcək.

Qeyd edək ki, Sviridenko 2025-ci il iyulun 17-dən Ukraynanın Baş naziri vəzifəsində çalışırdı.

İlqar Xudiyev Rada Ukrayna hökümətin istefası

Mənbə: apa.az

Xəbər Lenti