Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 17:44
Vətəndaşa qarşı yarım milyonluq dələduzluq etməkdə təqsirləndirilən Kərim İbadovun cinayət işi üzrə məhkəmə keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Kərim İbadov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən K.İbadovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ittihama görə Kərim İbadov zərərçəkən N.Məmmədovaya dəniz mənzərəli ev alacağı vədini verərək ondan 511 min 500 manat pul alıb, lakin vədinə əməl etməyib.
Kərim İbadova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Selcan Zaurqızı Məhkəmə hökm dələduzluq
Mənbə: apa.az