Tramp Hörmüz boğazından keçən gəmilərdən 20% rüsum almaq fikrindən imtina edib

Tramp Hörmüz boğazından keçən gəmilərdən 20% rüsum almaq fikrindən imtina edib

Tarix: 14 Jul 2026 19:13

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən gəmilərdən 20% rüsum almaq fikrindən imtina edib.

APA xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.

ABŞ Prezidenti qeyd edib ki, Yaxın Şərq ölkələrinin liderləri ilə keçirdiyi danışıqlardan sonra daha əvvəl elan etdiyi ABŞ üçün 20 faizlik kompensasiya rüsumundan imtina etmək qərarına gəlib.

"Bu rüsumun əvəzinə Körfəz ölkələri ABŞ-a iri həcmdə ticarət və investisiya layihələri həyata keçirəcəklər. Bu investisiyalar çox böyük olacaq və həm ABŞ, həm də həmin ölkələr üçün faydalı olacaq", – Tramp bildirib.

Onun sözlərinə görə, yeni investisiyalar ABŞ-da fabriklərin, zavodların və istehsal müəssisələrinin yaradılmasına, milyonlarla yüksək maaşlı iş yerinin açılmasına imkan verəcək.

Tramp İran rəhbərliyini də sərt tənqid edib.

"İranın yüz minlərlə insanı, o cümlədən 52 min etirazçını öldürdüyü dövr başa çatıb. Və ən əsası, İran heç vaxt nüvə silahına sahib olmayacaq", – ABŞ Prezidenti əlavə edib.

İlqar Xudiyev Tramp Hörmüz boğazı

Mənbə: apa.az

Xəbər Lenti