İraqın Baş naziri: Silahlı qruplaşmalar sentyabrın sonunadək tərksilah ediləcək

İraqın Baş naziri: Silahlı qruplaşmalar sentyabrın sonunadək tərksilah ediləcək

Tarix: 14 Jul 2026 22:16

İraqda hökumətə tabe olmayan silahlı qruplaşmalar sentyabrın 30-dək tərksilah olunacaq.

Bu barədə İraqın Baş naziri Əli əz-Zeydi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, həmin tarixdən sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin ölkəni tərk etməsi gözlənilir.

“Sentyabrın 30-dan sonra İraq ərazisində silahlı qruplaşmaların mövcudluğuna ehtiyac qalmayacaq. Təhlükəsizlik qüvvələrimiz ölkəni müstəqil şəkildə qorumağa qadirdir”, - deyə İraqın Baş naziri bildirib.

Əli əz-Zeydi əlavə edib ki, bəzi silahlı qruplar artıq böyük həcmdə silahı dövlət qurumlarına təhvil veriblər.

İraq silahlı qruplaşmalar ABŞ

Mənbə: apa.az

Xəbər Lenti