Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 00:15
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı əlavə zərbələr mərhələsinə başladığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə CENTCOM "X" hesabında məlumat yayıb.
“ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da CENTCOM qüvvələri İrana qarşı əlavə zərbələr mərhələsinə başlayıb. Məqsəd İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə hücumlarda istifadə etdiyi vasitələri məhv etməyə davam etməkdir”, – deyə komandanlığın açıqlamasında bildirilib.
Qeyd olunub ki, zərbələrlə paralel olaraq ABŞ hərbçiləri İranın dəniz limanlarının blokadasını bərpa etməyə hazırlaşırlar.
*** 23:05 ABŞ qüvvələri İran ərazisinə yenidən zərbələr endirib.
Bu barədə “ABC News” ABŞ administrasiyasındakı adının açıqlanmasını istəməyən rəsmiyə istinadla məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hərbi əməliyyat artıq bir neçə saatdır davam edir.
ABŞ və İran rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
abş iranMənbə: apa.az