Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 01:04
Bakının Köhnə Günəşli qəsəbəsində yaşayış binalarının yaxınlığında yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın ağaclıq ərazidə qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Fərid Yusifov Köhnə Günəşli yanğın FHN
Mənbə: apa.az