Böyük Britaniya və Aİ Cəbəllütariq sərhədi ilə bağlı saziş imzalayıb

Böyük Britaniya və Aİ Cəbəllütariq sərhədi ilə bağlı saziş imzalayıb

Tarix: 15 Jul 2026 05:40

Böyük Britaniya və Avropa İttifaqı Cəbəllütariq sərhədinin fəaliyyətini tənzimləyən saziş imzalayıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənəd insanların və malların Cəbəllütariq ilə İspaniya arasındakı sərhəddən maneəsiz keçidini təmin edəcək.

Nazirlik qeyd edib ki, razılaşma regionda iqtisadi artıma, ticarətin inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.

Böyük Britaniya Avropa İttifaqı Cəbəllütariq

Mənbə: apa.az

Xəbər Lenti