Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 07:27
Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4 734 nəfərə yüksəlib.
APA xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz qalıb.
Rəsmi məlumata görə, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.
Venesuela zəlzələ təbii fəlakət
Mənbə: apa.az