Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 11:45
Türkiyənin Muğla vilayətində baş verən meşə yanğını ilə əlaqədar bəzi otellər təxliyə olunub.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Muğla valisi İdris Akbıyık məlumat verib.
Vali bildirib ki, ehtiyat tədbiri olaraq 350 oteldən və 770 istirahət obyektindən ümumilikdə 1 120 nəfər təxliyə edilib.
O qeyd edib ki, gecədən səhər saatlarınadək davam edən yanğın nəticəsində 850 hektar ərazi yanaraq külə dönüb.
Dəryanur Cəfərova Türkiyə meşə yanğını otellər təxliyəMənbə: apa.az