Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 11:18
Zaqatalada itkin düşən 62 yaşlı kişinin meyti çaydan tapılıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala rayonunun Dağlı kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Məmmədovun meyiti Tala çay ərazisində aşkar edilib.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Meyiti tapılan şəxsin bir neçə gün əvvəl evdən çıxıb geri qayıtmadığı bildirilir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Vüqar Heydərov Zaqatala itkin çay
Mənbə: apa.az