Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1

Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1

Tarix: 15 Jul 2026 19:04

Samuxda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", məlumatda deyilir.

Günay Elşən

***

17.42

İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda deyilir.

***

17.12

Samuxda zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.

İlkin məlumata görə, onlar halva yedikdən sonra özlərini narahat hiss ediblər.

Fuad Nazimoğlu Samux zəhərlənmə

Mənbə: apa.az

Xəbər Lenti