Zərdabda yol qəzasında 3 nəfər xəsarət alıb

Zərdabda yol qəzasında 3 nəfər xəsarət alıb

Tarix: 16 Jul 2026 09:43

Zərdabda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab sakini Samir Hüseynlinin idarə etdiyi “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca, daha sonra bardürə çırpılıb.

Nəticədə sürücü və sərnişinləri - 2003-cü il təvəllüdlü Aydın Əhmədov, 2004-cü il təvəllüdlü Amil Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Zahid Abışov Zərdab yol qəza xəsarət

Mənbə: apa.az

Xəbər Lenti