Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Tarix: 16 Jul 2026 15:03

Şabran rayonunda 53 yaşlı kişini elektrik cərəyanı vurub.

APA xəbər verir ki, hadisə iyulun 15-də qeydə alınıb.

1973-cü il təvəllüdlü Arif Camayev yaşadığı Düzbilici kənddə evinin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırmalar aparılır.

Selcan Zaurqızı Şabran elektrik cərəyanı

Mənbə: apa.az

Xəbər Lenti