Cümə axşamı, 16 İyul, 2026
Tarix: 16 Jul 2026 17:45
Bu ilin 6 ayı ərzində prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 1 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduğu vəzifədən azad olunması qeyd edilib.
APA xəbər verir ki, bu barədə iyulun 16-da Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd edilib.
Bildirilib ki, Bakı şəhər prokurorunun müavinləri və tabe rayon prokurorları hesabat məruzəsi ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat verilib, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcək.
Selcan Zaurqızı Baş Prokurorluq Bakı şəhər Prokurorluğu müşavirə
Mənbə: apa.az