Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb

Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb

Tarix: 16 Jul 2026 18:41

Bu ilin 6 ayı ərzində Baş İdarənin İstintaq idarəsi tərəfindən 108 şəxs barəsində 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb.

APA xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2026-cı ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində qeyd edilib.

Bildirilib ki, İstintaqı tamamlanmış cinayət işlərindən 102 şəxs barəsində 54 cinayət işi ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş 54 cinayət işindən 18-i az ağır, 31-i ağır, 5-i isə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olub. Həmin işlərdən 25-i çoxepizodlu və mürəkkəb xarakter daşıyıb.

Selcan Zaurqızı Baş Prokurorluq əməliyyat müşavirəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi

Mənbə: apa.az

Xəbər Lenti