Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 09:36
Rusiya qüvvələri Ukraynanın Sumı şəhərini bombalayıb.
APA xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.
Məlumata görə, səhər saatlarında şəhərin mərkəzinə beş idarə olunan hava bombası atılıb.
Ümumilikdə, Sumı bölgəsində zərbələr nəticəsində biri uşaq olmaqla, 15 nəfər yaralanıb.
Rusiya Ukrayna Sumı bomba
Mənbə: apa.az