Rusiya Odessaya raket zərbəsi endirib: 2 nəfər ölüb, 10 yaralı var

Rusiya Odessaya raket zərbəsi endirib: 2 nəfər ölüb, 10 yaralı var

Tarix: 17 Jul 2026 12:06

Səhər saatlarında Rusiya ordusunun Odessa vilayətinə endirdiyi raket zərbəsi nəticəsində 2 nəfər ölüb, yaralananların sayı isə 10 nəfərə çatıb. Bu barədə "UNIAN" Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb. Məlumata görə, hücum nəticəsində yaralananlar arasında uşaqlar da var.

Vilayət prokurorluğunun məlumatına əsasən, raket zərbəsi nəticəsində uşaq bağçasının binasına, iki çoxmənzilli yaşayış binasına, üçmərtəbəli və beşmərtəbəli yaşayış evlərinə, kilsəyə, parka, həmçinin 7 minik avtomobilinə ziyan dəyib.

İlqar Xudiyev Odessaya hücum Rusiya Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti