Suriya İranın ABŞ bazasına hücum xəbərini təkzib edib

Suriya İranın ABŞ bazasına hücum xəbərini təkzib edib

Tarix: 17 Jul 2026 14:46

Suriya İranın bu ölkədə yerləşən əl-Tənf bazasına hücum etməsi barədə xəbərləri təkzib edib.

Bu barədə anonim suriyalı hərbi rəsmi “Al Jazeera” kanalına bildirib.

“Biz bu bazanın hədəfə alınmasını təkzib edirik və bildiririk ki, burda heç bir ABŞ hərbi mövcudluğu yoxdur”,- rəsmi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl SEPAH Suriyada ABŞ-a məxsus əl-Tənf hərbi bazasına hücum etdiyini bəyan edib.

Toğrul Quluzadə Suriya təkzib hərbi baza ABŞ əl-Tənf

Mənbə: apa.az

Xəbər Lenti