Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 14:41
ABŞ-ın Bəndər-Abbas dəmir yoluna hücumlarından sonra İran Dəmiryolları İdarəsi sərnişin daşımalarında dəyişiklik edib.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Dəmiryolları İdarəsi Hörmüzqan vilayətində yerləşən dəmir yolu xəttinin bir hissəsinə ötən gecə edilən hücumdan sonra bu marşrut üzrə sərnişin qatarlarının hərəkətində məhdudiyyətlər yarandığını açıqlayıb.
Məlumata əsasən, Hörmüzqan vilayətində yerləşən Bəndər-Abbas stansiyasından yola düşən və ya bu stansiyaya gələn sərnişinlər əvvəlcə avtobuslarla həmin vilayətdə yerləşən Fin stansiyasına çatdırılır, daha sonra isə qatarla səfərlərini davam etdirirlər.
Qeyd edək ki, Bəndər-Abbas dəmir yolu stansiyası ötən gecə ABŞ tərəfindən hədəfə alınıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb və stansiyaya ziyan dəyib.
Bəndər-Abbas dəmir yolu stansiyası İranın cənubundakı əsas dəmir yolu qovşaqlarından biri hesab olunur. Stansiyanın Şəhid Rəcai limanı ilə əlaqəsi bu kompleksi beynəlxalq Şimal–Cənub nəqliyyat dəhlizinin əsas məntəqələrindən birinə çevirir.
Haşim Rahimi Bəndər-Abbas dəmir yoluMənbə: apa.az