CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb

CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb

Tarix: 17 Jul 2026 18:13

CENTCOM (ABŞ Mərkəzi Komandanlığı) İranın Suriyada yerləşən ABŞ hərbi bazası əl-Tənfə hücumunda hərbçilərinin öldürülməsini təkzib edib.

APA xəbər verir ki, bu barədə CENTCOM-un sosial şəbəkə hesabında bildirilib.

Komandanlıq Yaxın Şərqdə son zamanlarda heç bir ABŞ hərbçisinin öldürülmədiyini və əsir düşmədiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl SEPAH sözügedən ABŞ bazasına hücum etdiyini və ABŞ hərbi qüvvələri arasında itki olduğunu açıqlayıb.

Toğrul Quluzadə CENTCOM Mərkəzi Komandanlıq ABŞ İran əl-Tənf

Mənbə: apa.az

Xəbər Lenti