Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb

Tarix: 17 Jul 2026 21:50

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində güclü leysanların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 8 nəfər həlak olub, daha 34 nəfər itkin düşüb.

"Sinxua" agentliyinin məlumatına görə, hadisə Utszyan çayı sahilində baş verib.

İndiyədək 10 nəfər xilas edilib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Çin Çunsin torpaq sürüşməsi leysan

Mənbə: apa.az

Xəbər Lenti