Merz: Çinlə yeni ticarət münaqişəsi istəmirik

Merz: Çinlə yeni ticarət münaqişəsi istəmirik

Tarix: 17 Jul 2026 22:50

Almaniya Kansleri Fridrix Merz Çinlə yeni ticarət münaqişəsinin tərəfdarı olmadığını, lakin Avropa sənayesinə zərər vuran iqtisadi disbalanslarla bağlı açıq dialoqun vacib olduğunu bildirib.

APA xəbər verir ki bu barədə o, Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.

Merz qeyd edib ki, Çin də 450 milyon istehlakçısı olan Avropa bazarından asılıdır və tərəflər arasında qarşılıqlı asılılıq mövcuddur.

Kansler Avropa İttifaqı ilə Çin arasında konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Almaniya Çin Fridrix Merz

Mənbə: apa.az

Xəbər Lenti