Ərbildə ABŞ konsulluğu yaxınlığında dörd PUA vurulub

Ərbildə ABŞ konsulluğu yaxınlığında dörd PUA vurulub

Tarix: 18 Jul 2026 00:32

İraqın Ərbil şəhərində ABŞ konsulluğuna yaxınlaşan dörd pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Bu barədə "Shafaq News" məlumat yayıb.

İraqın təhlükəsizlik strukturlarındakı mənbənin sözlərinə görə, PUA-lar ABŞ konsulluğunu hədəfə almağa cəhd göstərərkən beynəlxalq hava limanı yaxınlığında vurulub.

Hadisə nəticəsində dağıntı və ya itkilərlə bağlı məlumat verilməyib.

Ərbil ABŞ konsulluğu PUA İraq

Mənbə: apa.az

Xəbər Lenti