Şənbə, 18 İyul, 2026
Tarix: 18 Jul 2026 01:38
İranın müxtəlif bölgələrində ardıcıl partlayışlar qeydə alınıb.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ İranın Əhvaz şəhərinin ətrafına raket zərbəsi endirib. Hücumun nəticələri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Partlayışlar İranın mərkəzində yerləşən Yəzd şəhərində, eləcə də ölkənin cənubundakı Lar şəhərinin ətrafında da qeydə alınıb.
Zərbələr və partlayışlar nəticəsində mümkün dağıntılar və xəsarət alanlarla bağlı əlavə məlumat verilməyib.
İran Yəzd partlayış Mehr
Mənbə: apa.az