Şənbə, 18 İyul, 2026
Tarix: 18 Jul 2026 01:20
ABŞ hərbçiləri iyulun 14-də İranın dəniz blokadasını bərpa etdikdən sonra daha dörd kommersiya gəmisini marşrutunu dəyişməyə məcbur edib.
APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, blokadanın bərpasından sonrakı ilk üç gün ərzində ABŞ qüvvələri dörd kommersiya gəmisini istiqamətini dəyişməyə məcbur edib, bir gəmini sıradan çıxarıb, digərinə isə blokadanın tələblərinə əməl olunmasını təmin etmək məqsədilə desant çıxarıb.
ABŞ İran CENTCOM Hörmüz boğazı
Mənbə: apa.az