İran Bəhreyndəki ABŞ hərbi obyektlərini vurduğunu açıqlayıb

İran Bəhreyndəki ABŞ hərbi obyektlərini vurduğunu açıqlayıb

Tarix: 18 Jul 2026 01:08

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının saxlanıldığı anbar məhv edilib.

SEPAH həmçinin iddia edib ki, İrandakı hədəflərə zərbələrin koordinasiyası üçün istifadə olunan "əsas süni intellekt mərkəzi" tamamilə sıradan çıxarılıb.

Məlumata görə, əməliyyat zamanı İran Silahlı Qüvvələri ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib.

İran SEPAH Bəhreyn ABŞ raket zərbələri

Mənbə: apa.az

Xəbər Lenti