ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır

ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır

Tarix: 18 Jul 2026 05:54

ABŞ Hərbi Hava Qüvvələri növbəti beş il ərzində 28 min ədəd aşağı qiymətli qanadlı raket almağı planlaşdırır.

Bu barədə Tech Times məlumat yayıb.

Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi iyulun 15-də Anduril Industries, CoAspire və Zone 5 Technologies şirkətləri ilə çərçivə sazişləri imzalayıb.

Məlumata görə, müqavilələr ABŞ Hərbi Hava Qüvvələrinin "Family of Affordable Mass Missiles" (FAMM) proqramı çərçivəsində bağlanıb. Hər bir raketin təxminən 218 min ABŞ dollarına başa gəlməsi nəzərdə tutulur.

Qeyd olunub ki, yeddi illik sabit qiymətli müqavilələrin icrası Konqresin maliyyə ayırmalarından və sınaqların uğurla başa çatmasından asılı olacaq.

ABŞ raket Pentaqon FAMM

Mənbə: apa.az

Xəbər Lenti