Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələsini bloklayıb

Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələsini bloklayıb

Tarix: 18 Jul 2026 05:08

Macarıstan Avropa İttifaqı Şurasının genişlənmə üzrə İşçi Qrupunun iclasında Ukrayna ilə üzvlük danışıqlarının ikinci və üçüncü klasterlərinin açılması prosedurunu bloklayıb.

Bu barədə "Yevropeyskaya Pravda" nəşri Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Budapeşt eyni zamanda Moldovanın üçüncü klaster üzrə danışıqlara başlamasına razılıq versə də, bu təşəbbüs Aİ üzvü dövlətlərin əksəriyyətinin dəstəyini qazanmayıb və nəticədə heç bir qərar qəbul olunmayıb.

Mənbənin sözlərinə görə, iyulun 17-də keçirilən iclasda Ukrayna və Moldova üzrə ikinci və üçüncü danışıqlar klasterlərinin skrininq nəticələrinin təsdiqlənməsi, daha sonra isə hər iki ölkəyə danışıq mövqelərini təqdim etmələri üçün rəsmi məktubların göndərilməsi planlaşdırılırdı.

Qeyd olunub ki, prosesin irəliləməsinə mane olan əsas amil məhz Macarıstanın mövqeyi olub.

Macarıstan Ukrayna Avropa İttifaqı üzvlük

Mənbə: apa.az

Xəbər Lenti