Şənbə, 18 İyul, 2026
Tarix: 18 Jul 2026 04:47
Polşada ilk dəfə olaraq ukraynalı qaçqınların qəbuluna qarşı çıxanların sayı onları dəstəkləyənləri üstələyib.
Bu barədə RMF24 İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (CBOS) sorğusuna istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Polşanın Ukraynanın müharibə bölgələrindən gələn qaçqınları qəbul etməməli olduğunu düşünür. Əks mövqedə olanların payı isə 42 faiz təşkil edir.
Qeyd olunub ki, bu, 2014-cü ildə Krımın ilhaqından sonra aparılan sorğular tarixində ilk belə nəticədir.
Araşdırma müəllifləri bildiriblər ki, ukraynalılara münasibətin pisləşməsi 2023-cü ilin ortalarından müşahidə olunan uzunmüddətli tendensiyanın davamıdır.
Sorğuya əsasən, respondentlərin 54 faizi ukraynalı qaçqınlara göstərilən yardımın həddindən artıq olduğunu hesab edir. 40 faiz bu yardımı kifayət qədər, 3 faiz isə yetərsiz sayır.
Polşa Ukrayna qaçqınlar CBOS
Mənbə: apa.az