Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Tarix: 18 Jul 2026 08:41

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. APA xəbər verir ki, bu barədə FHN məlumat verib. *** 08:20 Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. APA xəbər verir ki, bubarədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.

Mənbə: apa.az

Xəbər Lenti