BMT: Terrorçu qruplar süni intellektdən getdikcə daha fəal istifadə edir

BMT: Terrorçu qruplar süni intellektdən getdikcə daha fəal istifadə edir

Tarix: 18 Jul 2026 08:53

Terrorçu qruplar öz fəaliyyətlərində süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etməyə başlayıb.

Bu barədə BMT Baş katibinin terrorla mübarizə məsələləri üzrə müavininin səlahiyyətlərini icra edən Aleksandr Zuyev TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, BMT bu sahədə bir sıra tərəfdaşlarla əməkdaşlıq edir. Zuyev qeyd edib ki, süni intellekt müsbət məqsədlər üçün istifadə oluna bilsə də, terrorçu qruplar və radikal hərəkatlar da bu texnologiyalardan terror fəaliyyəti üçün daha əlverişli şərait yaratmaq məqsədilə yararlana bilər.

Zuyev radikallaşma prosesinin yalnız dini ekstremistlər və ya dini müəssisələr vasitəsilə baş verdiyi barədə geniş yayılmış təsəvvürlərin yenidən nəzərdən keçirilməsinin vacib olduğunu vurğulayıb.

O əlavə edib ki, insanları terrorçu qruplara cəlb olunmaqdan qoruyacaq universal bir resept mövcud deyil. Onun sözlərinə görə, radikallaşma müxtəlif formalarda baş verdiyindən, bunun qarşısının alınması proqramları hər bir ölkənin və regionun xüsusiyyətlərinə uyğun hazırlanmalıdır.

BMT terrorizm süni intellekt

Mənbə: apa.az

Xəbər Lenti