“Hraparak”: II Qaregin ilk dəfə olaraq yeni parlamentin birinci iclasında iştirak etməyəcək

“Hraparak”: II Qaregin ilk dəfə olaraq yeni parlamentin birinci iclasında iştirak etməyəcək

Tarix: 18 Jul 2026 10:10

Müstəqil Ermənistan tarixində ilk dəfə olaraq bütün ermənilərin katolikosu II Qaregin (Ktriç Nersisyan) yeni parlamentin ilk iclasında iştirak etməyəcək.

Bu barədə “Hraparak” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu günə qədər kilsə iclasda iştirakla bağlı dəvət almayıb.

Baş nazir Paşinyanın mövqeyini və kilsə ilə açıq qarşıdurmanı nəzərə alaraq, hakimiyyət II Qareginə xüsusi dəvət göndərmək niyyətində deyil.

Qəzet II Qareginin parlamentin ilk iclasına gedib-getməyəcəyi ilə bağlı rəsmi şərh ala bilməyib.

Parlamentin reqlamentinə əsasən, prezident və bütün ermənilərin katolikosu ilk iclasın açılışında salamlama nitqi söyləmək hüququna malikdir.

Xatırladaq ki, təxminən bir ildir Nikol Paşinyan erməni kilsəsi ilə açıq qarşıdurmadadır.

Mənbə: apa.az

Xəbər Lenti