Zərdabda avtomobil yol kənarındakı çəpərə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO

Tarix: 18 Jul 2026 12:46

Zərdabda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çəpərə çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb.

Fakt araşdırılır.

Zahid Abışov
Zərdabda avtomobil yol kənarındakı çəpərə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO
Zərdabda avtomobil yol kənarındakı çəpərə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti