Şənbə, 18 İyul, 2026
Tarix: 18 Jul 2026 18:33
İsrail Baş naziri Benyamin Netanyahu sentyabrda BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-York şəhərinə səfər edərsə, müharibə cinayətlərinə görə həbs olunmalıdır.
Bunu Nyu-York şəhərinin meri Zohran Mamdani “The New York Times”a müsahibəsində deyib.
“Mən hesab edirəm ki, Baş nazir Netanyahu Haaqada mühakimə olunmalıdır. O, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunan hərbi cinayətkardır. Və görəcəksiniz ki, bu, son uzun illər ərzində onun əməllərinin doğurduğu nəticələrə görə çoxlarının bölüşdüyü bir fikirdir”, — Nyu-York meri bildirib.
Mamdani buna baxmayaraq, qeyd edib ki, mer kimi Nyu-Yorkda qüvvədə olan qanunlara əməl edəcək.
O əlavə edib ki, şəhərə rəhbərlik edən şəxs üçün qanunun aliliyinə riayət etmək vacibdir.
Toğrul Quluzadə İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyası Nyu-York meri Zohran MamdaniMənbə: apa.az