Şənbə, 18 İyul, 2026
Tarix: 18 Jul 2026 20:37
İranın Küveytə hücumu nəticəsində bir neçə nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Küveyt Yanğından Mühafizə Xidmətinin sözçüsü Məhəmməd əl-Qərib məlumat verib.
Məlumata görə, İranın hücumları nəticəsində Küveytin iki ərazisində yanğınlar baş verib, lakin onlar nəzarət altına alınıb.
Yanğın söndürülərkən obyektlərdən biri yenidən zərər görüb. Əl-Qərib bildirib ki, hadisə nəticəsində bir neçə yanğınsöndürən və neft sektorunun bir işçisi yaralanıb.
Küveyt İranMənbə: apa.az