Bazar, 19 İyul, 2026
Tarix: 19 Jul 2026 03:52
Rusiya ordusunun Odessa vilayətinə raket zərbəsi endirməsi nəticəsində dənizkənarı ərazidə yerləşən əyləncə parkı zərər görüb.
APA xəbər verir ki, bu barədə Odessa Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper öz “Telegram” kanalında məlumat verib.
Hadisə nəticəsində 2 nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir.
Ukrayna rəsmilərinin məlumatına görə, zərbə nəticəsində əyləncə parkı ilə yanaşı yaşayış və mülki infrastruktur obyektlərinə də ciddi ziyan dəyib.
Hadisə yerində xilasedicilər işləyir, dağıntıların aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlər davam etdirilir.
Rsuiay Odessa
Mənbə: apa.az